Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına verilən ipoteka krediti
ilkin ödəniş
illik faiz dərəcəsi
maksimal məbləğ
kredit müddəti
Portaldan qeydiyyatdan keçin.
Fond tərəfindən razılıq verildikdən sonra mənzil seçiminə başlayın
Kredit müraciətinizin nəticəsini əldə edin
Müvafiq rüsum və ödənişləri yerinə yetirdikdən sonra kreditinizi əldə edin
Kredit şərtləri
Tələb olunan sənədlər
Əsas şərtlər | |
Kreditin maksimal məbləği | 150 000 AZN |
Kreditin müddəti | 25 ilədək |
İllik faiz dərəcəsi | 8% |
İlkin ödəniş | min. 15% |
|
Borcalanın şəxsiyyət vəsiqəsinin surəti.
Borcalanın (Borcalanların) əmək haqqı hesabından Bank çıxarışı (son 12 ay müddətini əhatə etməlidir).
Borcalanın (Borcalanların) İş yerindən əmək haqqı haqqında arayış (arayışda staj, vəzifə və son 12 ay ərzində alınan əsas və əlavə gəlir göstərilməklə orta aylıq gəlir).
Əgər Borcalan (Borcalanlar) subaydırsa Forma 14 (VVAQ-dan subaylıq haqqında arayış 18 yaşından müddəti əhatə etməlidir) , boşanıbsa qətnamənin və nigahın pozulması haqqında şəhadətnamənin (notarial təsdiqli) surəti.
Borcalan evlidirsə nigah haqqında şəhadətnaməsi notarial qaydada təsdiq edilmiş surəti.
Borcalanın (Borcalanların) ailə tərkibi haqqında arayış (ASAN xidmət – birinci dərəcəli qohumların siyahısı).
Ailə üzvlərinin (evlidirsə, həyat yoldaşının və övladların, subaydırsa birinci dərəcəli ailə üzvlərinin) şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri.
Borcalanın (Borcalanların) Əmək kitabçasının surəti - kadrlar şöbəsi tərəfindən sənədin hər səhifəsində imza və möhür ilə təsdiq olunmalıdır.
Borcalanın (Borcalanların) əmək müqaviləsi surəti -kadrlar şöbəsi tərəfindən sənədin hər səhifəsində imza və möhür ilə təsdiq olunmalıdır.
Borcalanın (evlidirsə, əlavə olaraq həyat yoldaşının) doğum haqqında şəhadətnaməsinin surəti
Borcalanın (Borcalanların) iş vəsiqəsi (əgər varsa).
Borcalanın (Borcalanların) ailə üzvlərinin əlavə gəliri olduğu halda gəliri təsdiq edən sənəd (varsa) , iş yerindən arayış və ya əmək haqqı hesabından çıxarış.
Borcalanın (Borcalanların) Həyat Yaşam Sığortası (PLİ) mövcuddursa, Həyatın Yaşam Sığortası şəhadətnaməsi və müqaviləyə bütün əlavələrin surəti, HYS təminatına əsasən kredit xətti açılıbsa, müqaviləsinin (Bankla müştəri arasında bağlanılmış kredit xətti müqaviləsi) surəti, kadrlar şöbəsindən (HR) isə Borcalanın son 12 aylıq gəlirini əhatə edən maliyyə arayışı və Bank hesabından müvafiq çıxarış (kredit xətti açılandan müddəti əhatə etməlidir).
Qısa zamanda Sizinlə əlaqə saxlayacağıq